“Kəpəz” Premyer Liqanın digər klubları ilə yoxlama görüşü keçirəcək
“Kəpəz” Azərbaycan Premyer Liqasının digər klubları ilə yoxlama görüşü keçirəcək.

Komanda “Qəbələ” və “Araz-Naxçıvan”la sınaq matçına çıxacaq.

Oyunlar müvafiq olaraq yanvarın 10-da və 15-də təşkil olunacaq. Lakin qarşılaşmaların yeri və saatı hələlik bəlli deyil.

“Kəpəz” mövsümün ikinci yarısının hazırlığını doğma Gəncədə keçirəcək. Komanda bu məqsədlə 2024-cü il yanvarın 4-dən bir araya gələcək.

Xəbər 188 dəfə oxundu.