Azərbaycan çempionatında fərqlənən taekvondoçular mükafatlandırılıblar
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan taekvondo üzrə Azərbaycan çempionatında yeniyetmələrin mübarizəsi başa çatıb.

Yarışda fərqlənən idmançıların mükafatlandırma mərasimi baş tutub.

Qaliblərə medalları Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq təqdim ediblər.

Qeyd edək ki, Bakı İdman Sarayında keçirilən yarışa Bakı, Sumqayıt, Abşerondan ümumilikdə 76 komanda qatılıb. Turnir dekabrın 28-də yekunlaşacaq.

Xəbər 223 dəfə oxundu.