Dünya çempionatında iştirak edəcək Azərbaycan şahmatçılarının sayı artıb
Azərbaycanı Özbəkistanın Səmərqənd şəhərində bu gün start götürəcək rapid və blits üzrə dünya çempionatında təmsil edəcək şahmatçıların sayı artıb.

Teymur Rəcəbov və Vüqar Əsədli də mundiala qatılacaq. Hər iki qrossmeysterin yarışda iştirakla bağlı Təşkilat Komitəsinə ünvanladığı müraciətə müsbət cavab verilib.

Bununla da dünya çempionatında mübarizə aparacaq Azərbaycan şahmatçılarının sayı 17-yə çatıb. Daha əvvəl açıqlanan siyahıda Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Kənan Qarayev, Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Türkan Məmmədyarova və Xəyalə Abdullanın adları yer almışdı.

Qeyd edək ki, yarışa dekabrın 31-də yekun vurulacaq.

Xəbər 190 dəfə oxundu.