Futbol üzrə İspaniya La Liqasında 2011/12 mövsümünün ən yaxşıları müəyyənləşib
Futbol üzrə İspaniya La Liqasında 2011/12 mövsümünün ən yaxşıları müəyyənləşib. Ölkə çempionatında çıxış edən futbolçular və məşqçilər arasında aparılan sorğuya əsasən “Barcelona”nın sabiq çalışdırıcısı Xosep Qvardiola və bu komandada top qovan Argentina millisinin ulduzu Lionel Messi ən yaxşı adlarına layiq görülüblər.
Ötən mövsüm üçün Avropada ilin futbolçusu seçilən Andres İnyesta La Liqada ən yaxşı orta sahə oyunçusu adına layiq görülüb. Karles Puyol isə “Fair Play” mükafatına sahib çıxıb.
2011-12 mövsümünün çempionu olan “Real”dan İker Kasilyas ilin ən yaxşı qapıçısı adına layiq görülüb. Bu komandanın digər üzvü Serxio Ramos da ən yaxşı müdafiəçi seçilib.
Ən yaxşı oyunçu – Lionel Messi (“Barselona”)
Ən yaxşı məşqçi – Xosep Qvardiola (“Barselona”)
Ən yaxşı qapıçı – İker Kasilyas (“Real”)
Ən yaxş ımüdafiəçisi – Serxio Ramoş (“Real”)
Ən yaxşı yarımmüdafiəçi – Xavi Alonso (“Real”)
Ən yaxşı hücumameylli yarımmüdafiəçi – Andres İnyesta (“Barselona”)
Ən yaxşı hücumçu- Lionel Messi (“Barselona”)
Mövsümün kəşfi – ISCO (“Malaga”)
Fair-play mükafatı – Karlos Puyol (“Barselona”)

Xəbər 892 dəfə oxundu.