Bu gün Azərbaycan Premyer Liqasında ilin son oyunları keçiriləcək | |
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulacaq. İlk olaraq ötən gündən təxirə salınmış "Turan Tovuz" - "Araz-Naxçıvan" oyunu reallaşacaq. Matçın keçirildiyi Tovuz şəhər stadionunda işıq dirəklərindən biri aşıb, görüş dayandırılarkən isə “Turan Tovuz” hesabda 2:1 öndə olub. Saat 12:00-da başlanacaq qarşılaşma 81-ci dəqiqədən davam edəcək. Meydan sahibləri hazırda 19 xalla 8-ci, Naxçıvan təmsilçisi 26 xalla 5-cidir. "Neftçi" 2023-cü ildəki sonuncu oyununda "Kəpəz"i qəbul edəcək. Matç saat 16:00-da olacaq. "Ağ-qaralar" 25 xalla 6-cı, qonaqlar 14 xalla 9-cu sıradadır. Günün sonuncu qarşılaşmasında "Qarabağ" səfərdə "Zirə" ilə üz-üzə gələcək. Görüş saat 18:30-da start götürəcək. Ağdam klubu 38 xalla liderdir, "qartallar" 29 xalla ikinci pillədə qərarlaşıb. Azərbaycan Premyerm Liqası XVIII 12:00. Turan Tovuz” – “Araz-Naxçıvan” (81-ci dəqiqədən davam edəcək) Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Eyyub İbrahimov, Emin Əliyev Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Mübariz Hüseynov Tovuz şəhər stadionu 16:00. “Neftçi” – “Kəpəz” Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev Hakim-inspektor: Ceyhun Haşımov AFFA nümayəndəsi: Elçin Məmmədov “Neftçi Arena” 18:30. “Zirə” – “Qarabağ” Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Cəmil Quliyev, Kamranbəy Rəhimov Hakim-inspektor: Zöhrab Qədiyev AFFA nümayəndəsi: Erkin Hüseynov Zirə İdman Kompleksinin stadionu Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qəbələ" Sabah"ı "Sumqayıt" "Səbail"i 1:0 hesabı ilə məğlub edib. |
|
Xəbər 170 dəfə oxundu. |
|
|