Premyer Liqa: XVIII turun təyinatları açıqlanıb
Azərbaycan Premyer Liqasında XVIII turun oyunlarının təyinatları açıqlanıb.

Bu gün keçiriləcək “Qəbələ” – “Sabah” görüşünü FIFA referisi Əliyar Ağayev idarə edəcək.

“Zirə” ilə “Qarabağ” arasında baş tutacaq turun mərkəzi qarşılaşması isə Cavid Cəlilova həvalə edilib.

Premyer Liqa
XVIII tur
22 dekabr (cümə)

16:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu

23 dekabr (şənbə)

16:00. “Turan Tovuz” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Eyyub İbrahimov, Emin Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Mübarizə Hüseynov.
Tovuz şəhər stadionu

18:30. “Sumqayıt” – “Səbail”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Kapital Bank Arena”

24 dekabr (bazar)

16:00. “Neftçi” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Neftçi Arena”

18:30. “Zirə” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə İdman Kompleksinin stadionu

Xəbər 157 dəfə oxundu.