Bülənt Korkmazın işsiz günlərinə son qoyulub
“Bakı”nın sabiq baş məşqçisi Bülənt Korkmazın işsiz günlərinə son qoyulub. “Qalatasaray”ın əfsanəsi “İstanbul Böyükşəhər Bələdiyyəspor”la razılığa gəlib. Onun tezliklə rəsmi müqaviləyə imza atması gözlənilir.

Korkmaz bu postda portuqaliyalı çalışdırıcı Karlos Karvalhalı əvəzləyib.

Qeyd edək ki, “İstanbul Böyükşəhər Bələdiyyəspor” hesabat turunda “Kardəmir Karabükspor”a 1:3 hesablı məğlubiyyətdən sonra baş məşqçisini istefaya göndərmişdi.

Xəbər 866 dəfə oxundu.