Bakıda keçirilən beynəlxalq boks turnirində bütün yarımfinalçılar bəlli olub | |
Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnirdə 1/4 final mərhələsinə yekun vurulub. Yarışın üçüncü günündə baş tutan döyüşlərin yekuna əsasən, daha 5 çəkidə yarımfinalçıların adlarına aydınlıq gəlib. Azərbaycan millinin daha 6 boksçusu çıxışını qələbə ilə başa vurub. Yarımfinala vəsiqə qazanan idmançılar özləri üçün ən azı bürünc medalı təmin ediblər. Qeyd edək ki, 7 komandanın iştirakı ilə keçirilən yarışın dördüncü günündə yarımfinal çərçivəsində 26 görüş olacaq. Turnirin qaliblərinin adlarına dekabrın 22-də aydınlıq gələcək. 1/4 final 57 kiloqram Tağı Nəsibov (Azərbaycan) – Elbrus Kərimli (Azərbaycan) – 5:0 Ruslan Ruşanov (Azərbaycan) – Janseri Koşerbayev (Qazaxıstan) – ikinci tam üstünlüklə qalib gəlib Məhəmmədəli Aşurəliyev (Azərbaycan) – Yazan Alqhamdi (Səudiyyə Ərəbistanı) – 5:0 Adam Macidov (Rusiya) – Maqomedrasul İbrahimov (Rusiya) – 0:5 63,5 kiloqram Səid Yunusov (Özbəkistan) – Janqir Aldaberqenov (Qazaxıstan) – 5:0 Mehrab Abbasov (Azərbaycan) – Muhammed Miniqbayev (Tacikistan) – 3:1 Ruslan Qafurov (Tacikistan) – Saken Yermek (Qazaxıstan) – 5:0 Renat Krepştul (“Röyal” klubu, Litva) – İbrahim Zeynalov (Azərbaycan) – 3:2 67 kiloqram Hüseyn Hacıyev (Azərbaycan) – Rustamjon Aşurov (Tacikistan) – 4:1 Rövşən Abbasov (Azərbaycan) – Abbasqulu Şadlinski (Azərbaycan) – ikinci tam üstünlüklə qalib gəlib Dias Serikuli (Qazaxıstan) – Ayxan Zeynallı (Azərbaycan) – 5:0 Torexan Sabirxan (Qazaxıstan) – Abdulla Çerqesov (Rusiya) – 5:0 80 kiloqram Şamil Saqidoldayev (Qazaxıstan) – İlfan Xəlilli (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib Hüseyn Hüseynli (Azərbaycan) – Cavohir Mexriddinov (Özbəkistan) – 0:5 Feras Salem (Səudiyyə Ərəbistanı) – Şamil Nəcəfov (Azərbaycan) – ikinci tam üstünlüklə qalib gəlib Tunar Cəfərov (Azərbaycan) – Madiyar Behultanov (Qazaxıstan) – ikinci tam üstünlüklə qalib gəlib |
|
Xəbər 202 dəfə oxundu. |
|
|