Azərbaycanın futzal millisi bu gün Niderlandla qarşılaşacaq | |
Futzal üzrə Azərbaycan millisi dünya çempionatının elit mərhələsində bu gün son oyununu keçirəcək. Vitali Borisovun baş məşqçi olduğu yığma səfərdə Niderland seçməsi ilə qarşılaşacaq. “Topsportsentrum Arena”da oynanılacaq görüş saat 21:30-da start götürəcək. Qeyd edək ki, Azərbaycan millisi 4 xalla qrupda sonuncudur. Niderland kollektivinin isə 6 xalı var. DÇ-2024-ün elit mərhələsi A qrupu, VI tur 20 dekabr 21:30. Niderland – Azərbaycan Hakimlər: Dominikas Norkus, Mantas Pomeçkis, İrmantas Kapraşovas (hamısı Litva) Almere. “Topsportsentrum Arena”. |
|
Xəbər 163 dəfə oxundu. |
|
|