Fransız futbolçu Cibriel Sisse ətək geyinib
Fransız futbolçu Cibriel Sisse ətək geyinib. Futbol ulduzu MTV Avropa Musiqi Mükafatlarının təqdimatına bu geyimlə qatılıb.
Hazırda İngiltərənin KPR klubunun forması geyinən 31 yaşlı oyuncu mövsümə yaxşı başlayaraq hər kəsə formada olduğunu göstərib. Mərasimə özünün dizayn etdiyi geyimdə getməsi isə hamını şoka salıb. Belə ki, hündürboy futbolçunun əynində ətək olub. Onun bu geyimi isə heyranları arasında fikir ayrılığına səbəb olub. Kimi futbolçunun ətək geyinməsini heç bəyənməyib onu tənqid edib, bəziləri isə onun yeni geyim tərzini çox sevdiyini deyib.
Qeyd edək ki, qeyri-adi həyat tərzi ilə seçilən Sisse bir vaxtlar döymələri ilə də diqqət mərkəzində idi.

Xəbər 1072 dəfə oxundu.