Azərbaycan cüdoçusu Açıq Avropa çempionatında mübarizəyə başlayır | |
Bu gün Kosovonun paytaxtı Priştinada cüdo üzrə Açıq Avropa çempionatı start götürəcək. Yarışda Azərbaycanı kişilər arasında Hidayət Heydərov təmsil edəcək. 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı mübarizəyə 1/8 finaldan başlayacaq. Üçqat Avropa çempionu ilk görüşündə Xusniddin Kərimov (Çexiya) / Ferdinand Karapetyan (Ermənistan) cütünün qalibi ilə qarşılaşacaq. Yarış Bakı vaxtı ilə saat 13:30-da başlayacaq. |
|
Xəbər 142 dəfə oxundu. |
|
|