II Qran-pri yarışında uğurlu çıxış edən Azərbaycan ağırlıqqaldırma millisi Vətənə dönüb
Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-pri yarışında uğurla iştirak edən Azərbaycan yığması Vətənə dönüb.

Bakıya qayıdan komandanı Heydər Əliyev Beynəlxalq Hava Limanında millilərin digər üzvləri, valideynlər, idmançıların yaxınları, mütəxəssislər, federasiya rəsmiləri və tamaşaçılar coşqu ilə qarşılayıblar.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə atletlərdən Dadaş Dadaşbəyli 109 kq çəki dərəcəsində təkanlaqaldırma hərəkətində (212 kq) gümüş, birdənqaldırma hərəkəti (176 kq) və toplamda (388 kq) isə qızıl medal qazanıb.

Xəbər 134 dəfə oxundu.