Azərbaycan Basketbol Liqası: "Sabah" qələbə qazanaraq liderliyə yüksəlib | |
Azərbaycan Basketbol Liqasında XII tura yekun vurulub. Son matçda "Şəki" "Sabah"ı qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 101:76 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah" bu qələbədən sonra xallarının sayını 13-ə çatdırıb və liderliyə yüksəlib. "Şəki" 7 xalla sonuncu - 10-cu yerdədir. |
|
Xəbər 172 dəfə oxundu. |
|
|