Boks üzrə Azərbaycan çempionatında finalçılar və bürünc medalçılar müəyyənləşib | |
Kişi boksçular arasında Azərbaycan çempionatı davam edir. 41 komandanın 167 idmançısının iştirakı ilə təşkil edilən yarışın beşinci günündə yarımfinal görüşləri baş tutub. 13 çəki dərəcəsində 26 döyüşün nəticəsinə əsasən finala çıxan boksçuların adlarına aydınlıq gəlib. Yığmanın əsas heyət üzvləri inamlı qələbə sayəsində həlledici döyüşə vəsiqə qazanıblar. Məğlub olan idmançılar isə bürünc medalla kifayətləniblər. Qeyd edək ki, çempionatda final döyüşləri dekabrın 8-də keçiriləcək. Boks Mərkəzində təşkil olunan yarışın həlledici görüşlərinə saat 14:00-da start veriləcək. Finallar “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq. Azərbaycan çempionatı 1/2 final 48 kiloqram Qardaşxan Həsənov (Ağcabədi) – Tural Sarıyev (“Neftçi” İK) – 0:5 Həsən Məlikov (“Neftçi” İK) – Yusif Soltanov (“Qara papaq” İK) – birinci qalib gəlib 51 kiloqram Əli Fətullayev (Şamaxı-Uğur K) – Ağasəlim Mustafazadə (“Qızıl əlcək” İK) – 0:5 Yadigar Əliyev (“Səbail” İK) – Məsud Yusifzadə (BFL) – 0:5 54 kiloqram Ruslan Qədirov (MİK) – Nihat Abdullayev (“Qızıl əlcək” İK) – 5:0 Amin Məmmədzadə (“Qızıl əlcək” İK) – Mirzağa Hüseynli (“Cənub” İK) – 5:0 57 kiloqram Kamil Babayev (METE) – Şamil Əsgərov (“Neftçi” İK) – birinci qalib gəlib Ümid Rüstəmov (DİN İC) – Emil Quliyev (UGM-13) – birinci tam üstünlüklə qalib gəlib 60 kiloqram Maqsud Xasmetov (“Neftçi” İK) – Aslan Quliyev (Z-1 İK) – 5:0 Elbrus Adıgözəlov (“Qəbələ” İK) – Fərid Sadıqov (“Neftçi” İK) – 5:0 63,5 kiloqram Malik Həsənov (“Neftçi” İK) – Ruslan Rüstəmov (BFL) – 4:1 Heybətulla Hacıəliyev (BFL) – Tayfur Əliyev (MİK) – 0:4 67 kiloqram Nəbi İsgəndərov (“Neftçi” İK) – İlqar Salahov (Qəbələ) – 5:0 Cavid Çələbiyev (“Qızıl əlcək” İK) – Pərviz Quliyev (Ağcabədi) – birinci tam üstünlüklə qalib gəlib 71 kiloqram Mirşərif Kazımzadə (“Neftçi” İK) – Nicat Məmmədov (“Qızıl əlcək” İK) – 5:0 Elnur Abdullazadə (“Neftçi” İK) – Sərxan Əliyev (MİK) – 0:5 75 kiloqram Novruzəli Quliyev (MİK) – Rasim Çobanlı (MİK) – 0:5 Elnur Süleymanov (“Neftçi” İK) – Kamran Şahsuvarlı (“Qəbələ” İK) – 2:3 80 kiloqram Devid Oloboye (Naxçıvan MR) – Fəqan Məmmədov (AzTU) – 0:5 Sərxan Budaqov (“Qızıl əlcək” İK) – Cabbar İsmayılov (Sumqayıt) – 5:0 86 kiloqram Seyid Seyidov (“Qızıl əlcək” İK) – Vətən Hüseynli (DİN İC) – 5:0 Eldar Quliyev (“Neftçi” İK) – Tural Useynov (“Neftçi” İK) – birinci tam üstünlüklə qalib gəlib 92 kiloqram Rauf Rəhimov (“Neftçi” İK) – Rüfət Nəbiyev (DİN İC) – 5:0 Tural Həsənov (“Qızıl əlcək” İK) – Mirxəyal Məmmədov (Gəncə) – Meraj Tağıyev (Sabirabad) – 3:2 +92 kiloqram İsa Sulxayev (Zaqatala) – Pərviz Rəsulov (“Zərbə” BK) – birinci döyüşə gəlməyib İsmayıl Yaqubov (“Səbail” İK) – Yohanes Nuriyev (MİK) – ikinci tam üstünlüklə qalib gəlib. |
|
Xəbər 163 dəfə oxundu. |
|
|