Azərbaycan ağırlıqqaldıranı Qran-pridə qüvvəsini sınayıb
Azərbaycan ağırlıqqaldıranı Ömər Cavadov Qətərin paytaxtı Dohada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-prisində çıxış edib.

İdmançı B qrupunda mübarizə aparıb.

O, 73 kq çəki dərəcəsində toplam 312 kq (146+166) nəticə göstərib. Ö.Cavadovun yekun sıralamada tutduğu yer A qrupundakı çıxışlar bitəndən sonra bilinəcək.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Qran-pridə 70-dən çox ölkədən 382 (176 qadın + 206 kişi) atlet iştirak edir.

Xəbər 152 dəfə oxundu.