Voleybol üzrə Yüksək Liqada IV tura yekun vurulub
Qadın voleybolçulardan arasında ölkə çempionatında IV tura yekun vurulub.

Turun son oyununda "Abşeron" və "Gəncə" komandaları üz-üzə gəliblər. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüş paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Dörd turdan sonra “Abşeron" 12 xalla liderdir. “Azərreyl” və “Murov Az Terminal” hərəyə 9 xalla turnir cədvəlində ilk üç yeri bölüşdürür. Aktivində 3 xalı olan “Gəncə” və “Milli Aviasiya Akademiyası” 4-5-ci pillələrdə qərarlaşıblar. Xalı olmayan UNEC isə sonuncu yerdədir.

Yüksək Liqa (qadınlar)

IV tur

5 dekabr

“Milli Aviasiya Akademiyası” - “Azərreyl” 0:3 (23:25, 22:25, 17:25)

“Murov Az Terminal” - UNEC 3:0 (25:8, 25:8, 25:10)

6 dekabr

"Abşeron" - "Gəncə" 3:0 ( 25:19, 25:22, 25:21)

Xəbər 161 dəfə oxundu.