Yüksək Liqa: “Azərreyl” və “Murov Az Terminal” komandaları qələbə qazanıblar
Qadın voleybolçular arasında Azərbaycan çempionatında IV turun iki oyunu keçirilib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində ilk olaraq meydana “Milli Aviasiya Akademiyası” və “Azərreyl” komandaları çıxıblar. Maraqlı mübarizədə keçən görüş “Azərreyl”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardınca “Murov Az Terminal” - UNEC qarşılaşması start götürüb. Bu matçda isə “Murov Az Terminal” “quru hesab"la qalib gəlib.

Qeyd edək, “Abşeron”, “Azərreyl” və “Murov Az Terminal” hərəyə 9 xalla turnir cədvəlində ilk üç yeri bölüşür. Aktivində 3 xalı olan “Gəncə” və “Milli Aviasiya Akademiyası” 4-cü və 5-ci pillədə qərarlaşıblar. Xalı olmayan UNEC isə sonuncu yerdədir.

Yüksək Liqa (qadınlar)

IV tur

“Milli Aviasiya Akademiyası” - “Azərreyl” 0:3 (23:25, 22:25, 17:25)

“Murov Az Terminal” - UNEC 3:0 (25:8, 25:8, 25:10)

Xəbər 143 dəfə oxundu.