“Xəzər Lənkəran” sabah gəlir
“Bakı” ilə oyunun hazırlıqlarını doğma şəhərdə davam etdirən “Xəzər Lənkəran” noyabrın 14-də paytaxta yollanacaq. “Happy İnn” otelində məskunlaşacaq komanda, noyabrın 15 və 16-da Yol Polisi İdarəsinə məxsus stadionda iki günlük hazırlıq keçəcək.
Noyabrın 17-də isə “Bakı” klubunun təlim-məşq bazasının stadionunda oyun öncəsi son məşqinə çıxacaq.

Xəbər 810 dəfə oxundu.