Azərbaycanın həndbol millisi Avropa çempionatının hazırlığına başlayıb
18 yaşadək kişi həndbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının hazırlığına start verib.

Bakıda bir araya gələn yığma həm fiziki, həm də texniki-taktiki plan üzrə məşq edir.

Komanda hazırlıq prosesinin ikinci mərhələsini Gürcüstanda keçəcək. Dekabrın 5-dən 12-dək davam edəcək səfər proqramına əsasən, qonşu ölkədə yoxlama oyunları da təşkil olunacaq. Milli komanda Gürcüstanın U-18 və U-16 komandaları ilə 4 görüşdə üz-üzə gələcək.

Qeyd edək ki, 18 yaşadək həndbolçuların Avropa çempionatı 2024-cü ilin avqustunda keçiriləcək.

Xəbər 114 dəfə oxundu.