Azərbaycanlı qardaş hakimlər Avropa Liqasının oyununu idarə edəcəklər | |
Beynəlxalq dərəcəli həndbol hakimləri Ernest Ağakişi ilə Emil Ağakişi daha bir təyinat alıblar. Təcrübəli referilər bu dəfə kişi həndbolçular arasında Avropa Liqası turnirində ədalət təmsilçisi olacaqlar. Qardaşlar qrup mərhələsində Serbiyanın “Voyvodina” və Şimali Makedoniyanın “Alkaloid” komandalarının görüşünü idarə edəcəklər. Qarşılaşma noyabrın 28-də Novı Sad şəhərinin “Sportska hala Slana Bara” arenasında təşkil olunacaq. |
|
Xəbər 258 dəfə oxundu. |
|
|