Azərbaycanlı karateçi Almatıda dünya çempionu olub | |
Azərbaycanlı karateçi Nəzrin Hacıyeva Qazaxıstanın Almatı şəhərində keçirilən kyokuşin-kan üzrə dünya çempionatının qalibi olub. Təmsilçimiz 14-15 yaş qrupunda 45 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edib. Millinin digər üzvü, Xətai İdman Mərkəzinin yetirməsi Cəmil Kazımlı (+65 kq) da fəxri kürsüyə qalxıb. Dünya Qran-prisinin gümüş medalçısı bu dəfə 3-cü yeri tutub. Qeyd edək ki, millimiz yarışa Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadovun rəhbərliyi altında yollanıb. |
|
Xəbər 135 dəfə oxundu. |
|
|