“Braqa” uğursuzluğa düçar olub
Çempionlar Liqasında “Qalatasaray”ın rəqibi olan “Braqa” uğursuzluğa düçar olub. “Mançester Yunayted” məğlubiyyətindən sonra özünə gələ bilməyən Braqa ölkə çempionatında “Sportinq”lə bacarmayıb – 1:0.
Beləliklə “Braqa” 9 həftədən sonra 17 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Birinci və ikinci yeri hərəyə 23 xalla “Porto” və “Benfika” bölüşür.

Xəbər 791 dəfə oxundu.