“Kəpəz” bu gün “Simurq”la gücünü sınayacaq | |
Topaz Premyer Liqada yaranmış fasilədən maksimum yararlanan “Kəpəz” bu gün “Simurq”la gücünü sınayacaq. Mingəçevirdəki Yaşar Məmmədzadə adına şəhər stadionundakı matçın başlanma vaxtı artıq məlumdur. Bölgə təmsilçiləri saat 15:00-da üz-üzə gələcək. Bundan başqa, qarşılaşmanı idarə edəcək hakimlərin də adına aydınlıq gəlib. Matçı gəncəli hakimlər briqadası idarə edəcək. Belə ki, görüşün baş hakimi Rəşad Abbasov olacaq. Ona laysmanlar - Qəzənfər Məmmədov və Səfər İsmayılov kömək edəcək. |
|
Xəbər 878 dəfə oxundu. |
|
|