Bakıda beynəlxalq futzal turniri keçiriləcək
AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan beynəlxalq futzal turniri keçiriləcək.

Turnirdə Azərbaycanın, Belarusun və Mərakeşin 19 yaşadək futzalçılarından ibarət milli komandaları mübarizə aparacaqlar.

Noyabrın 26-da start götürəcək turnirə beş gün davam edəcək. Oyunlar Bakı İdman Sarayında təşkil olunacaq.

Turnirin təqvimi və oyunları idarə edəcək hakimlər müəyyənləşib.

26 noyabr

17:00. Azərbaycan – Belarus

Hakimlər: Hikmət Qafarlı, Ceyhun Hüseynov, Hidayət Feyzullayev, Anar Fərəcov

28 noyabr

17:00. Azərbaycan – Mərakeş

Hakimlər: Knyaz Əmiraslanov, Hacıəli Ağayev, Məmmədəli Kərimov, Hikmət Qafarlı

30 noyabr

17:00. Mərakeş – Belarus

Hakimlər: Əli Cəbrayılov, Rza Məmmədov, Nahid Xasıyev, Ramil Namazov

Xəbər 145 dəfə oxundu.