"Sərhədçi" klubu geridönüş edərək qələbə qazanıb
Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasında 5-ci turun açılış oyunu keçirilib.

Turnir cədvəlinin aşağı sıralarında qərarlaşan "Sərhədçi" və "Gəncə" komandaları üz-üzə gəliblər.

İki əlavə vaxtın oynanıldığı görüşün yekununda 17 xallıq fərqdən geridönüş edən "Sərhədçi" 109:108 hesablı çətin qələbə qazanıb. Ən məhsuldar basketbolçular "Sərhədçi"dən Brendon Miller (30 xal, 9 assist), "Gəncə"dən isə Culs Mur (33 xal, 16 ribaund) olublar.

Qeyd edək ki, 5 -ci turun digər oyunları ("Xırdalan" - "NTD-İndiqo", "Cəlilabad" - "Sumqayıt", "Neftçi - "Sabah", "Şəki" - "Xəzri") noyabrın 24-26-da baş tutacaq.

Xəbər 163 dəfə oxundu.