“Qarabağ” “Bakı”yla yoxlama oyununda qarşılaşıb
Topaz Premyer Liqasında yaranmış fasilədən yararlanan “Qarabağ” “Bakı”yla yoxlama oyununda qarşılaşıb. Biləcəri qəsəbəsindəki matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə yeganə qolu 44-cü dəqiqədə Ramazan Abbasov vurub.

Bəs görəsən, 10 futbolçusunun imkanından müəyyən səbəblərdən məhrum olan “Qarabağ” hansı heyətlə meydana çıxmışdı? Start “11-liy”i belə olub: Fərhad Vəliyev, Eltun Yaqublu, Zaur Həşimov, Admir Teli, İlqar Qurbanov, Emin Mustafayev, Namiq Yusifov, Riçard Almeyda, Elnur Abdulov, Muarem Muarem, Mustafa Afroto. İkinci yarıda isə Miro Varvodiç, Toğrul Bilallı, Təmkin Xəlilzadə, Osman Qurbanov və Kamil Hüseynov oyuna daxil olub.

Qeyd edək ki, “Qarabağ”la faktiki olaraq yollarını ayıran Əfran İsmayılov meydana çıxmayıb.

Xəbər 890 dəfə oxundu.