Azərbaycan ağırlıqqaldıranı dünya birinciliyində 5-ci yeri tutub
Azərbaycan ağırlıqqaldıranı Əli Şükürlü Meksikanın Qvadalaxara şəhərində keçirilən gənclər arasında dünya birinciliyində 5-ci yeri tutub.

109 kq çəki dərəcəsində mübarizə aparan idmançı 360 kq (164+196) nəticə göstərib.

Qeyd edək ki, dünya birinciliyində 70-ə yaxın ölkədən 310 (171 kişi + 139 qadın) atlet çıxış edib.

Xəbər 181 dəfə oxundu.