Lebron Ceyms MBA-nın 39 min xala çatan ilk oyunçusudur
Milli Basketbol Assosiasiyasının (MBA) müntəzəm çempionatının oyununda “Los-Anceles Leykers” komandası 131:99 hesabla “Yuta”ya qalib gəlib. Görüş Los-Ancelesdə keçirilib.

Entoni Devis hesabına 26 xaldan ibarət “double-double” və 16 “rebound” yazdıraraq görüşün ən məhsuldar oyunçusu olub. “Yuta”nın heyətində ən çox xal türkiyəli Faruk Yurtsevendədir (18).

“Leykers”in forvardı Lebron Ceyms 17 xal toplayıb və bu, ona MBA-dakı karyerası boyunca 39 min xal göstəricisini ötmək imkanı verib. Oyunçu liqada xalların ümumi sayına görə (39012) birinci yeri tutur. Fevralın 8-də o, bu kateqoriyada 38387 xalla liderlik edən Kərim Əbdül-Cabbarın rekordunu yeniləyib. Üçüncü yeri Karl Meloun (36928) tutur. Ceymsin aktivində ötən oyunda, həmçinin 7 “rebound” və 9 ötürmə var.

“Leykers” komandası MBA-nın Qərb konfransında 16 oyunda 9 qələbəyə imza atmaqla 6-cı yerdədir. “Yuta” bu siyahıda 14 matçda 4 qələbə ilə 12-ci pilləni tutur. “Leykers” növbəti oyunda noyabrın 23-ü “Dallas”ı qəbul edəcək. Həmin gün “Yuta” səfərdə “Portlend”lə qarşılaşacaq.

38 yaşlı Lebron Ceyms MBA-nın dördqat çempionudur. Amerikalı 4 dəfə müntəzəm çempionatın ən yaxşı oyunçusu və pley-of-un final seriyasının ən dəyərli basketbolçusu adını qazanıb. O, ABŞ yığmasının heyətində iki dəfə Olimpiya çempionu (2008, 2012) olub, 2004-cü il Olimpiadasının bürünc medalının mükafatçısıdır.


Xəbər 135 dəfə oxundu.