FIBA Avropa Kuboku: Azərbaycan çempionu bu gün son oyununa çıxacaq
“Sabah” basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə bu gün son oyununa çıxacaq.

Azərbaycan təmsilçisi D qrupundakı altıncı sınağında Çexiyanın “Nimburk” komandası ilə qarşılaşacaq.

Bakı İdman Sarayında oynanılacaq matç saat 19:00-da start götürəcək.

Qeyd edək ki, ötən tur Türkiyənin “Bağçaşəhər” klubuna uduzan “Sabah” 6 xalla üçüncü, “Nimburk” isə 9 xalla ikinci pillədə qərarlaşıb.

Xəbər 142 dəfə oxundu.