Azərbaycanın voleybol yığması Ukraynaya uduzub | |
18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununu keçirib. Latviyanın Dauqavpils şəhərində təşkil olunan yarışda yığma Ukrayna ilə qarşılaşıb. Görüş rəqibin 3:0 (9:25, 8:25, 13:25) hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisi daha əvvəl Latviya kollektivinə eyni hesabla məğlub olub. Noyabrın 26-dək davam edəcək çempionatda Şahin Çatmanın rəhbərlik etdiyi komanda Gürcüstan, Litva, Estoniya və Polşa yığmaları ilə də üz-üzə gələcək. “Avro-2024”ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək. |
|
Xəbər 190 dəfə oxundu. |
|
|