Beynəlxalq Сüdo Federasiyası noyabr ayı üçün yeni reytinq cədvəlini açıqlayıb
Beynəlxalq Сüdo Federasiyası noyabr ayı üçün yeni reytinq cədvəlini açıqlayıb. Yeni cədvəldə Azərbaycan millisinin üzvlərindən Qran-prinin son qalibi Nicat Şıxəlizadə (66 kq) irəliləyib. O, 26-cı yerə yüksəlib.

Təmsilçilərimizdən ən yaxşı nəticə isə Olimpiya çempionu Elnur Məmmədliyə məxsusdur. Belə ki, o, 4-cü pilləni tutur. İlqar Müşkiyev (60 kq) və Kifayət Qasımova (57 kq) da ilk “10-luq”da yer alıblar. Onlar müvafiq olaraq, 8-ci və 10-cu yerdədirlər.

Digər cüdoçularımıza gəlincə, Tərlan Kərimov (66 kq) 18-ci, Rüstəm Orucov (73 kq) 17-ci, Elxan Məmmədov (90 kq) 11-ci, Elmar Qasımov (100 kq) 22-ci və Ramilə Yusubova (63 kq) 17-ci pillədə qərarlaşıb.

Xəbər 1083 dəfə oxundu.