“Rabitə” Polşaya yollanıb
Azərbaycan çempionu “Rabitə” Bakını tərk edib. İdman.com.az saytının məlumatına görə, təmsilçimiz Polşanın Sopot şəhərinə yollanıb. Səfərdə məqsəd Çempionlar Liqasının III turunda “Atom”la iştirakdır. Qarşılaşma noyabrın 13-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, 2 turdan sonra “Rabitə” qrupun lideridir.

Xəbər 1063 dəfə oxundu.