“Neftçi” bu gün “Zenit”lə yoldaşlıq oyunu keçirəcək | |
“Neftçi” klubu bu gün yoldaşlıq oyunu keçirəcək. Adrian Mutunun baş məşqçisi olduğu kollektiv Rusiyanın “Zenit” komandası ilə üz-üzə gələcək. “Neftçi Arena”da oynanılacaq matç saat 21:00-da start götürəcək. Hər iki klubun milli komandalara qoşulan oyunçuları bugünkü qarşılaşmada iştirak etməyəcəklər. Qeyd edək ki, paytaxt təmsilçisi bu ilin iyulunda Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş “Matç TV” turnirində “Zenit”lə qarşılaşıb və rəqibinə 1:3 hesabı ilə uduzub. |
|
Xəbər 119 dəfə oxundu. |
|
|