İsveçlə oyundan öncə Azərbaycan millisinin keçmiş üzvlərinə plaket və forma təqdim olunacaq
AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycan – İsveç oyunundan öncə milli komandanın sabiq üzvlərinə təşəkkür plaketi təqdim olunacaq.

Bildirilib ki, peşəkar karyeralarını 2023-cü ildə sonlandırmış Əfran İsmayılov, Rauf Əliyev, Ruslan Abışov, Rahid Əmirquliyev, Elvin Məmmədov və yığmada çıxışını başa vurmuş Riçard Almeydaya plaketlə yanaşı, Azərbaycan millisinin forması veriləcək.

R. Abışov hazırda ölkə xaricində olduğu üçün tədbirdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – İsveç oyunu saat 21:00-da başlayacaq.

Xəbər 123 dəfə oxundu.