Azərbaycanın şahmat yığmaları Avropa çempionatında növbəti oyunlarını keçiriblər | |
Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında IV turun oyunları keçirilib. Qadın şahmatçılardan ibarət Azərbaycan millisi hesabat turunda Fransa ilə heç-heçə edib. Günay Məmmədzadə qələbə qazanıb, Xanım Balacayeva məğlub olub. Gövhər Beydullayeva ilə Gülnar Məmmədova partiyanı heç-heçə oynayıb. Kişi şahmatçılardan ibarət kollektiv isə Xorvatiyaya məğlub olub - 1,5-2,5. Yığmanın heyətində Teymur Rəcəbovla Nicat Abasov uduzub, Şəhriyar Məmmədyarov partiyanı qələbə ilə başa vurub. Rauf Məmmədov isə heç-heçəyə razılaşıb. Bu gün Avropa çempionatında V turun görüşləri keçiriləcək. Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Monteneqro ilə, qadın şahmatçılar isə Almaniya ilə qarşılaşacaq. |
|
Xəbər 181 dəfə oxundu. |
|
|