Kişi voleybolçular arasında Azərbaycan çempionatının açılış oyununun başlama saatı bəlli olub
Kişi voleybolçular arasında Azərbaycan çempionatının 2023/2024-cü illər mövsümünün ilk oyunu noyabrın 16-da baş tutacaq.

Açılış matçında “Neftçi” və “Murov Az Terminal” klubları üz-üzə gələcəklər. Qarşılaşma 15:00-da başlayacaq.

Ardınca isə “Azərreyl” və MOİK komandaları görüşəcəklər. Həmin qarşılaşmanın start fiti saat 17:30-da veriləcək. Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Qeyd edək ki, ölkə çempionatının ilk oyunu “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Xəbər 137 dəfə oxundu.