“Sabah” basketbol klubu növbəti avrokubok matçına da baş məşqçisiz çıxacaq
“Sabah” basketbol klubunu FIBA Avropa Kubokunun müntəzəm mövsümünün beşinci turunda Türkiyədə “Bahçeşehir” komandası ilə oyuna çıxaracaq mütəxəssis bəlli olub.

Baş məşqçi Boban Mitev bu qarşılaşmada da kollektivin sükanı arxasında olmayacaq.

Anasının səhhəti ilə bağlı hazırda ölkəsində olan şimali makedoniyalı mütəxəssisi texniki zonada köməkçisi Nikola Bozinovski əvəzləyəcək.

Noyabrın 15-də Ülker İdman Zalında keçiriləcək “Bahçeşehir” – “Sabah” görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, “Sabah” komandası Monteneqronun “Mornar” klubu ilə IV tur matçına da baş məşqçisiz çıxmışdı.

Xəbər 126 dəfə oxundu.