Ferqyuson əbədiləşdirilir
Çərşənbə axşamı «Mançester Yunayted»in sükanında Aleks Ferqyusonun 26 illiyi tamam olanda klubun rəsmi saytında məşhur mütəxəssisin «Old Trafford»da abidəsinin açılışı olacağı xəbəri yayıldı. Bu mərasim noyabrın 23-də baş tutacaq «Kuinz Park Reyncers»lə matçda təşkil olunacaq. 1986-cı ilin 22 noyabrında Ferqyuson «Mançester Yunayted»i ilk dəfə məhz bu rəqibə qarşı çıxarmışdı.

Heykəli məşhur heykətaraş Filipp Cekson hazırlayıb. Abidəni ser Aleks Ferqyusonun adını daşıyan tribunanın girişində ucaldacaqlar. Bu tribunada həmçinin Ferqyusonun nailiyyətlərini əks etdirən sərgi təşkil olunacaq.
Ferqyusonun rəhbərliyi altında «Mançester Yunayted» 12 dəfə İngiltərə çempionu olub, 5 dəfə ölkə kubokunu, 4 dəfə Liqa Kubokunu, 10 dəfə İngiltərə Superkubokunu sahib çıxıb.

İdman.com.az saytının məlumatına görə, Avropa kuboklarında «qırmızı şeytanlar» Ferqyusonla 1991-ci ildə qitə Kuboklar Kubokunu və UEFA Superkubokunu, 1999 və 2008-ci illərdə Çempionlar Liqasını, eyni zamanda 1999-cu ildə Qitələrarası Kuboku, 2008-də dünya klub çempionatını qazanıb.

Xəbər 904 dəfə oxundu.