Azərbaycan yığmalarının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb
Azərbaycanın millisinin AVRO-2024-ün seçmə mərhələsində İsveç və Belçika yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Canni De Byazinin baş məşqçi olduğu komandaya 27 futbolçu çağırılıb.

Qapıçılar: Yusif İmanov (“Sabah”), Rəşad Əzizli (“Qəbələ”), Şahrudin Məhəmmədəliyev (“Adana Dəmirspor”, Türkiyə).

Müdafiəçilər: Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Rahil Məmmədov, Toral Bayramov (hamısı “Qarabağ”), Amin Seydiyev (“Sabah”), Höccət Haqverdi (“Neftçi”), Qismət Alıyev (“Zirə”), Turan Manafov (“Araz-Naxçıvan”), Anton Krivotsyuk (“Daejon Hana”, Cənubi Koreya), Cəlal Hüseynov (“Arda”, Bolqarıstan).

Yarımmüdafiəçilər: Aleksey İsayev, Elvin Camalov (hər ikisi “Sabah”), Eddi İsrafilov, Emin Mahmudov (hər ikisi “Neftçi”), Emil Səfərov (“Qəbələ”), Səbuhi Abdullazadə (“Sumqayıt”), Coşqun Diniyev (“Ümraniyəspor”, Türkiyə), Ozan Can Kökçü (“Eyndhoven”, Niderland).

Hücumçular: Nəriman Axundzadə (“Qarabağ”), Rüstəm Əhmədzadə (“Zirə”), Mahir Emreli (“Dinamo”, Xorvatiya), Musa Qurbanlı (“Yurqorden”, İsveç), Ramil Şeydayev (“Buriram Yunayted”, Tailand), Renat Dadaşov (“Hatayspor”, Türkiyə).

Azərbaycan millisi noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda İsveçlə, 19-da isə səfərdə Belçika ilə qarşılaşacaq.

Bundan başqa, Azərbaycanın U-21 yığmasının AVRO-2025-in seçmə mərhələ oyunları üçün heyəti bəlli olub. Baş məşqçi Samir Əliyev 23 futbolçuya dəvət göndərib.

U-21-in heyəti: Amin Ramazanov (“Qarabağ”), Rüstəm Samiqullin, Camal Cəfərov, Xəyal Əliyev (hamısı “Sabah”), Eldar Tağızadə (“Luqo”, İspaniya), Süleyman Damadayev, Qurban Səfərov, Samir Məhərrəmli (hamısı “Şamaxı”), Hüseyn Babayev, Fərid Yusifli, Ağadadaş Salyanski (hamısı “Neftçi”), Mahir Həsənov, Rüfət Əhmədov (hər ikisi “Kəpəz”), Nemət Şıxəmirov, Ayxan Süleymanlı (hər ikisi “Sumqayıt”), Abdulla Rzayev, Mirəli Əhmədov (hər ikisi “Araz-Naxçıvan”), Nazim Həsənzadə (“Zirə”), Ramin Nəsirli (“Dauqavplis”, Latviya), Murad Vəliyev (“Levadiya”, Estoniya), Veysəl Rzayev (“Turan Tovuz”), Zeynəddin Abdurahmanov, Samir Abdullayev (hər ikisi “Səbail”).

Noyabrın 17-də “Dalğa Arena”da Latviyanı qəbul edəcək Azərbaycan yığması dörd gün sonra isə İspaniyanın Mursiya şəhərində Ukraynanın qonağı olacaq.

Xəbər 137 dəfə oxundu.