Azərbaycanlı futbolçunun komandası “Qalatasaray”a qalib gəlib | |
Futbol üzrə Türkiyə Super Liqasında XII turun oyunları keçirilir. Çempionluğa iddialı “Qalatasaray” Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” klubunun qonağı olub və rəqibinə 1:2 hesabı ilə uduzub. Matçda ilk qolu 14-cü dəqiqədə meydan sahiblərindən Riqoberto Rivas vurub. 35-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Vilfrid Zaha hesabı bərabərləşdirib. 55-ci dəqiqədə isə Didye Lamkel Ze Hatay təmsilçisinə qələbə qazandıran qolun müəllifi olub. Meydana start heyətində çıxan R. Dadaşov 87-ci dəqiqədə əvəzlənib. Bu qələbə ilə xallarını 17-yə çatdıran “Hatayspor” 9-cu pilləyə yüksəlib. “Qalatasaray” isə 31 xalla turnir cədvəlinə başçılıq edir. Qeyd edək ki, günün digər matçlarında “Kayserispor” “Kasımpaşa”ya 4:3, “Qaziantep” “Alanyaspor”a, “Karagümrük” isə “Sivasspor”a 3:0 hesabı ilə qalib gəlib. |
|
Xəbər 155 dəfə oxundu. |
|
|