AFFA Hakimlər Komitəsinin sədri UEFA-dan təyinat alıb
AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek UEFA-dan yeni təyinat alıb.

Türkiyəli funksioner Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Slovakiya – İslandiya oyununun hakim-inspektoru olacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 16-da Bratislavada təşkil olunacaq.

Xəbər 176 dəfə oxundu.