“Azərreyl” voleybol klubu Çağırış Kubokunda 1/16 finalda ilk görüşünə çıxır
Azərbaycanı Çağırış Kubokunda təmsil edən qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün 1/16 final mərhələsində ilk görüşünə çıxacaq.

Komanda bu mərhələ İspaniya klubu “Avarka de Menorka” ilə qarşılaşacaq.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində oynanılacaq qarşılaşma saat 19:00-da başlayacaq.

Komandalar arasında ikinci oyun isə noyabrın 15-də keçiriləcək. “AZERRAIL” səfərdəki cavab matçına Bakı vaxtı ilə saat 22:00-da çıxacaq.

Qeyd edək ki, “Azərreyl” klubu 1/32 finalda Ukrayna təmsilçisi “Balta”dan üstün olub.

Çelenc kuboku, 1/16 final mərhələsi

9 noyabr

19:00. “Azərreyl” – “Avarka de Menorka”

Bakı, Voleybol Mərkəzi

Xəbər 243 dəfə oxundu.