Halkın bacısı qaçırıldı və qaytarıldı
Bu həftə dünya futbol gündəminə braziliyalı Halkın bacısının oğurlanması ilə hakim olub. İdman.com.az saytının məlumatına görə, 29 yaşlı hücumçunun bacısı Anjelika Viyera dostu Pereyro Silva ilə birgə olduğu restoranın yanından qaçırılmışdı.

Pereyro həmin restoranın meneceridi. Restorana avtomobil yaxınlaşıb və maşından düşən naməlum şəxslər Viyeranı zorla götürüb aparıblar.

Ertəsi gün Halkın bacısının geri qaytarılması xəbəri yayılıb. Onu valideynlərin evinə girərkən görüblər. Məlumatlardan birinə görə, qızı polis yolda gedərkən tapıb, evinə gətirib. Digər xəbərdə, Anjelikanın naməlum şəxsin qızılı rəngli maşını ilə evinə gətirildiyi bildirilir.

Xəbər 814 dəfə oxundu.