Avropa Kuboku: “Sabah” basketbol klubu tarixi qələbə qazanıb
“Sabah” basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk qələbəsini qazanıb.

Azərbaycan çempionu qrupdakı dördüncü oyununda Bakıda Monteneqronun “Mornar” komandası ilə qarşılaşıb.

Görüş 81:74 hesabı ilə Bakı təmsilçisinin xeyrinə başa çatıb.

Qeyd edək ki, “Sabah” bunadək qrupda keçirdiyi hər üç oyunda uduzub.

Xəbər 293 dəfə oxundu.