Strasburqda Ümumdünya Antidopinq Agentliyinin Avropa Komitəsinin 62-ci iclası işə başlayıb | |
Noyabrın 8-də Fransanın Strasburq şəhərində Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 62-ci iclası işə başlayıb. İclasda ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağı-zadə təmsil edir. İki gün davam edəcək iclasda milli antidopinq təşkilatlarının nümayəndələri dopinqlə mübarizə sahəsində mühüm məsələləri müzakirə edəcəklər. Gündəliyin qəbulu ilə başlayan sessiyada iştirakçılar ötən - 61-ci iclasın hesabatını dinləyib, CAHAMA-nın növbəti görüşlərinin planlaşdırılması da daxil olmaqla, inzibati məsələləri nəzərdən keçiriblər. Əsas diqqətin antidopinq siyasəti ilə bağlı məsələlərə yönəldiyi sessiyada Antidopinq Konvensiyasının məsləhətçi qruplarının nümayəndələri və digər ekspertlər WADA-nın prioritetlərinin müzakirəsində yaxından iştirak ediblər. CAHAMA-nın növbəti görüşü antidopinq sahəsində səylərin inkişaf etdirilməsi və bu sahədə əlaqəli problemləri həll etmək üçün həlledici görüş olacaq. |
|
Xəbər 202 dəfə oxundu. |
|
|