Çempionlar Liqasının 4-cü turu rəqəmlərin dili ilə
- Zlatan İbrahimoviç Çempionlar Liqasının tarixində bir oyuna 4 qol ötürməsi ilə fərqlənən 2-ci futbolçu oldu. İlk dəfə iki il öncə «Benfika»lı Karlos Martins «Lion»la oyunda (4:3) bunu etmişdi.
- PSJ-nin müdafiəçisi Aleks ÇL-də 8-ci qolunu vuraraq «Çelsi»dən Con Terrinin göstəricisinə çatdı. Turnirdə daha çox qolu olan müdafiəçilər Kristian Panuççi (11) və Roberto Karlosdur (16).

- Zaqreb «Dinamo»sunun start heyətində bütün oyunçular xorvat idi. Bunadək belə hal 2006-cı ildə «Stayua»nın «Real»la oyunu olmuşdu.
- «Malaqa» ilk cəhdindən pley-offa çıxdı. İndiyədək 3 ispan klubu - «Atletik», «Malyorka» və «Betis» debütdə bunu edə bilməyiblər.
- Anderlext son 10 oyunda özünün ilk qələbəsini qazanıb. Antirekord 11 oyunlu «Spartak»a məxsusdur.

- Madrid «Real»ının qapısına 200-cü ÇL qolunu Marko Roys vurub. «Real» bu göstəriciyə görə turnirin mütləq rekordçusudur.
- «Real» ardıcıl 17-ci oyundu ki, qol vurur. Belə seriya «Çelsi»yə də məxsusdur.
- «Yuventus»un avrokuboklarda rekord heç-heçə seriyası 9 oyun həddində dayanıb.

- «Lİll» turnirdə iştirakı tarixində ən böyük məğlubiyyətini alıb.
- «Bavariya»nın fasiləyədək 5:0 öndə olması turnirin rekordudur.
- Klaudio Pizarro «Bavariya»nın turnirdə 500-cü qolu vurub.
- Pizarro turnirdə tezliyinə görə 3-cü het-trikin müəllifi olub (15 dəqiqə). Öncə Bafetimbi Qomes bunu 7, Mayk Nyuell və Marko van Basten 9 dəqiqə ərzində etmişdilər.
- Oskar Kardoso penaltidə dəqiq olsaydı, turnirin tarixində əvəzə çıxıb het-trik edən ilk futbolçu olacaqdı.

Toni Uott (18 yaş 314 gün) turnirin tarixində ən gənc qol müəllifi olub. Öncəki rekorj Yulian Drakslerə (19 yaş 13 gün) məxsus idi.
- Viktor Vanyama ÇL-in əsas raundunda qol vuran ilk keniyalı olub.
- Ueyn Runi ÇL-də qol sayında Rayan Giqqzə çatdı. 27 qolla onlar Britaniya liderləridilər.

İdman.com.az saytı xəbər verir ki, Burak Yılmaz ÇL-də het-tirk edən ikinci futbolçu olub. Birincini 8 il öncə «Fənərbağça»lı Tuncay Şanlı «Mançester Yunayted»lə oyunda etmişdi.

Xəbər 994 dəfə oxundu.