“Zəfər” turnirinin püşkatma mərasimi keçirilib
AFFA-nın təşkilatçılığı ilə ardıcıl 4-cü dəfə təşkil ediləcək ənənəvi “Zəfər” turnirinin püşkatma mərasimi keçirilib.

Turnirdə Premyer Liqada mübarizə aparan klublar, eləcə də AFFA-nın və PFL-in əməkdaşlarından ibarət komandalar mübarizə aparacaq.

Təsnifat mərhələsi, 6 noyabr

“Araz-Naxçıvan” – “Turan Tovuz”

“Sabah” – “Qarabağ”

“Neftçi” – “Zirə”

“Sumqayıt” – “Kəpəz”

¼ final mərhələsi

“Qəbələ” – “Araz-Naxçıvan” / “Turan Tovuz” cütünün qalibi

“Səbail” – “Sabah” / “Qarabağ” cütünün qalibi

AFFA – “Neftçi” / “Zirə” cütünün qalibi

PFL – “Sumqayıt” / “Kəpəz” cütünün qalibi

Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd 44 günlük Vətən Müharibəsində qazanılmış qələbəni futbol veteranları, klub nümayəndələri ilə birlikdə qeyd etmək, onların asudə vaxtlarını daha səmərəli təşkil etməkdir.

Xəbər 187 dəfə oxundu.