Azərbaycan Basketbol Liqası: “Xırdalan” sürprizə imkan vermədi
"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) ikinci turunun növbəti oyunu baş tutub.

İlk turda məğlub olmuş "Sumqayıt" "Xırdalan" klubu ilə qarşılaşıb. Əlavə vaxtın oynandığı oyunun yekununda "Xırdalan" 81:77 hesablı çətin qələbə qazanıb.

Qeyd edək ki, ikinci turun digər oyunları ("Cəlilabad" - "Neftçi", "Şəki" - "Sərhədçi") 4 və 5 noyabr tarixlərində baş tutacaq. Turun "NTD-INDIGO" - "Sabah" oyunu Xaçmaz təmsilçisinin rəsmi müraciəti əsasında irəli bir tarixə qədər təxirə salınıb.

Xəbər 170 dəfə oxundu.