«Fənərbağça» Kipr klubuna yerini göstərdi
Türkiyənin Avroliqada yeganə təmsilçisi «Fənərbağça» dünən «C» qrupunda 4-cü oyuna çıxıb. İdman.com.az saytının məlumatına görə, «Şükrü Saracoğlu» stadionunda Kiprin «Limasol» klubunu qonaq edən «sarı-lacivərdlilər», 2:0 hesabı ilə qalib gəliblər.

Prinsipial görüşdə qolları Dirk Kuyt və Moussa Sou vurublar. Hər 2 futbolçu ilk hissədə fərqlənib.

Bu matçdan sonra qrupda xalını 10-a yüksəldən İstanbul təmsilçisi liderliyini qorumaqla yanaşı, 1/16 finala adlamaq vəzifəsini əməli olaraq həll edib.

Sözügedən qrupda digər matçda Marsel «Olimpik»i (Fransa) evdə Münhenqladbax «Borussiya»sı (Almaniya) ilə heç-heçə oynayıb – 2:2. İndi hər 2 kollektivin hesabında 5 xal var və bu komandalar müvafiq olaraq, 2-3-cü yerləri bölüşdürürlər.

Xəbər 845 dəfə oxundu.