Azərbaycan şahmatçısı beynəlxalq yarışda bürünc medal qazanıb | |
Misirdə şahmat üzrə 8, 10 və 12 yaşlı oğlan və qızlar arasında dünya birinciliyinə yekun vurulub. Azərbaycan şahmatçısı Xaqan Əhməd 12 yaşlılar arasında mükafatçılar sırasında yer almağa nail olub. Şahmatçı 8 xalla üçüncü yeri tutub və bürünc medala layiq görülüb. Bu yaş kateqoriyasında Vyetnam şahmatçısı Duy Xonq Dao 9,5 xalla qalib adını qazanıb. 12 yaşlılar arasında Paşam Əlizadə isə 5-ci olub. 8 yaşlı qızların yarışında Mehriban Əhmədli də beşinci pillədə başa vurub. |
|
Xəbər 171 dəfə oxundu. |
|
|